Kreml Donbasın Ukraynaya qaytarılmasını dəstəklədi

peskovpakotJI261115_ulRusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbas regionunun Ukraynanın tərkibinə qayıtması ilə bağlı prezident Pyotr Poroşenkonun çıxışını dəstəklədiklərini deyib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Peskov humanitar prinsiplərdən çıxış edərək bunun mümkün ola biləcəyini deyib.

“Əgər Poroşenko humanizm prinsiplərindən çıxış edərək Donbası geri qaytarmaq istəyirsə, bunu yalnız alqışlamaq olar. Əslində biz də Moskvada bunu dəstəkləyirik”.

Xatırladaq ki, Nadejda Savçenkonun azad olunmasından sonra Pyotr Poroşenko Krım və Donbası da Ukraynanın tərkibinə qaytaracağını bəyan etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar