Bakıda zibillikdə silah-sursat aşkarlanıb

silahlarBakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif növ silah-sursat hissələri tapılıb.

“Təmiz Şəhər” ASC-dən APA-ya verilən məlumata görə, şirkət əməkdaşları tullantıların içindən 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron tapıblar.

Aşkarlanan silahlar polisə təhvil verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar