Məşhur müğənnidən fanatlarına - Hörmətsizlik

"Kəmər "Stefano Ricci" markasıdır ay “çuşka”. 1000 dollar qiyməti var".

Azərbaycanlı müğənni Vasif Məhərrəmli izləyicilərini təhqir edib. Ans press-in məlumatına görə, ifaçı "İnstagram" hesabında paylaşdığı fotoya gələn rəyə əsəbiləşib və həmin şəxsi təhqir edib.

Müğənninin heyranlarından biri fotonun altına ifaçının kəmərinin zövqlü olmadığını yazıb. Bundan hirslənən Vasif Məhərrəmli həmin şəxsə sərt cavab verib: "Kəmər "Stefano Ricci" markasıdır ay “çuşka”. 1000 dollar qiyməti var". Daha sonra izləyicilərin bu situasiya ilə bağlı sərt reaksiyasını görən müğənni fotonu silib.

Vasif Məhhərrəmli 2008-ci ildə xuliqanlıq etməsi ilə yadda qalıb. Jurnalist Vüqar Kamiloğlunu döydüyünə görə mügənni barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və araşdırma aparılıb.

Müğənni iki dəfə evli olub. İfaçının ilk evliliyindən bir qızı var. Onun birinci həyat yoldaşı xəstəlik nəticəsində vəfat edib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar