Korrupsioner nazirdən 14,5 milyard dollar çıxdı

Çində keçmiş ictimai təhlükəsizlik naziri Çjou Yunkana qarşı korrupsiya araşdırmaları çərçivəsində ona məxsus 14,5 milyard dollarlıq pula və qiymətli sərvətlərə həbs qoyulub.

Virtualaz.org saytı “Röyter”ə istinadən xəbər verir ki, istintaqdakı mənbələr bununla nazir kommunist Çini tarixində ən iri korrupsiya araşdırmasının obyekti olub.

Keçmiş nazir artıq bir neçə aydır ki, ev dustağı edilib və onun törətdiyi cinayətlər təkcə korrupsiya ilə bağlı deyil. Şayiələrə görə, Yunkan həm də Çinin indiki dövlət başçısı Si Tsinpinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir. Yeri gəlmişkən, keçmiş nazirin aqibətinin necə olacağı hələ istintaq bitmədən də aydındır. Çində bu miqyasda korrupsiyaya görə ölüm hökmü nəzərdə tutulur.

Çjou Yunkan bu yaxınlaradək Çinin ən nüfuzlu siyasətçilərindən hesab edilirdi. O, ictimai təhlükəsizlik naziri olmaqla bərabər Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Büro üzvü idi. Məlumata görə, keçmiş nazirlə bağlı istintaq çərçivəsində onun 300-dən çox qohumu, siyasi müttəfiqi və himayəsində olan şəxslər dindirilib. Çjou Çin Kommunist Partiyasının korrupsiyada şübhəli bilinən ən yüksək rütbəli üzvüdür.

Çinin indiki rəhbəri dövlət başçısı vəzifəsinin icrasına başlayarkən korrupsiyaya qarşı sərt mübarizə aparacağını bildirmişdi və indi Yunkanın işi onun bu məsələdə nə dərəcədə ciddi olduğunu göstərir. Çinin rəsmi KİV-ləri Si Tszipinin korrupsiyaya qarşı mübarizə siyasətinin “barışmaz müharibə” olduğunu, bu müharibənin “həm pələnglərə, həm milçəklərə qarşı olduğunu” bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar