Güclü yağış Gəncədə 34 evi uçurdu

Evlərin uçması zamanı bir nəfərin də yüngül xəsarət aldığı bildirilir.

Gəncə çayının daşması nəticəsində su basmış evlərin sayı artıb. ANS TV-nin məlumatına görə, artıq 34 ev qəzalı hesab olunur. Hazırda əraziyə texnika yeridilib. Çayın yatağının dərinləşdirilməsi və məcrasının dəyişdirilməsi istiqamətində işlər aparılır.

ANS-in Gəncə mübiri küçə və həyətlərin tam olaraq sulardan təmizləndiyini bəzi evlərin zirzəmilərinin isə hələ də su ilə dolu oluduğunu, dəyən zərərin məbləğinin isə gələn həftə dəqiqləşəcəyini bildirib.

Gəncə şəhər icra başçısının müavini Mikayıl Zeynalovun sözlərinə görə, evlərə baxış keçirilib və mövcud vəziyyət qiymətləndirilib.

"Fövqaladə Hallar Nazirliyinə, Azərbaycan respublikasının baş nazirinə və Prezident Administrasiyasına müraciət edilib. Fövqalədə Hallar Nazirliyinin mütəxəsisləri ilə birlikdə komissiyanı gözləyirik. Müvafiq rəylər alındıqdan sonra bu evlərin müqəddəratı barədə qərar veriləcək", - deyə Mikayıl Zeynalov bildirib.

"Gördüyünüz kimi işlər gedir. Hazırda əraziyə texnika cəlb edilib. Gəncə çayının məcrası dəyişdirilir. Mütəxəsislərin fikrincə, bu yolla daşqınların qarşısını ala biləcəklər. Fövqəladə hallar nazirliyinin əməkdaşları da qeyd etdiyi kimi həyət evləri çökəkdə yerləşdiyi üçün hər an təhlükə var", - deyə müxbir bildirib.

Mayın 24-ü səhər saatlarında başlayan güclü yağış nəticəsində Gəncənin Kəpəz rayonu, Vəli Xuluflu küçəsindəki evlərdən bəzilərini su basıb. Məlumata görə, ən çox zərər Gəncə çayının sahilindəki evlərə dəyib. İlkin məlumatda ümumilikdə 12 evi su basıb ki, onlardan əksəriyyəti uçub. Bəzi evlərdə suyun hündürlüyü hətta 1 metrdən daha çoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar