AŞPA təkrar seçkilərə müşahidəçi göndərəcək

AŞPA-nın Tallində keçirilən Büro iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı qərar qəbul edilib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Twitter" səhifəsində yazıb.

“Büro yekdilliklə Azərbaycanda keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi ilə bağlı təklifi qəbul edib”, - deyə o bildirib.

Qeyd edək ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilər 2016-cı ilin iyunun 18-nə təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar