OPEK-ə yeni baş katib təyin olunacaq
Baxiş sayı:
Dərc olunub:
26/05/2016 - 21:28
OPEK neft təşkilatının baş katibi Abdulla Salam Əl Bədri vəzifəsindən azad olunacaq.“Qafqazinfo”nun məlumatına görə, təşkilatın növbəti həftə, iyunun 2-də baş tutacaq iclasında yeni baş katib seçiləcək. Bu barədə “The Wall Street Journal” yazıb.
İyun iclasında 2013-cü ildən baş katiblikdən ayrılmaq istəyən Abdulla Salam Əl Bədri istefaya göndəriləcək.
Nigeriya bu vəzifəyə Məhəmməd Barkindonu, Venesuela isə Əli Rodriqesi namizəd kimi göstərib.
Qeyd edək ki, hazırda OPEK ölkələrinə Əlcəzair, Anqola, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və İndoneziya daxildir.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
17:07
“Rusiya raketləri azı 3 dəfə Polşa sərhədini keçib” - Ukraynanlılar “vurun” deyir, NATO isə...
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.