Üç gün iş olmayacaq

May ayının 30-da qeyri iş günü olacaq.Bu barədə məlumat ANS PRESS-ə Nazirlər Kabinetindən verilib.

Bildirilib ki, 28 May - Respublika Günü bu il şənbə gününə düşür. Buna görə də iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 30 may qeyri-iş günü olacaq.

Xatırladaq ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Bununla da beşgünlük qrafiklə çalışanlar üç - şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 29-30 may tarixlərində istirahət edəcəklər.

Virtualaz.org xatırladır ki, Respublika günü - 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar