ABŞ-da iki hərbi təyyarə toqquşub

ABŞ-nın Şimali Karolina ştatında okean üzərində iki hərbi təyyarə toqquşub.

ABC telekanalının məlumatına görə, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı “McDonnell Douglas F / A-18” tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşüb.

Qəza nəticəsində ölən olmayıb. Hər iki təyyarənin xəsarət alan 4 nəfər ekipaj üzvü xilas olunaraq xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri və təfərrüatları açıqlanmır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar