24 yaşlı gənc ehtiyatsızlığın qurbanı oldu

meyit-yerdeFaktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

İmişlidə bədbəxt hadisə baş verib. 24 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Muradxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Şəmil Qəhrəman oğlu Həsənov işıqlar söndüyü üçün kənd ərazisindəki yüksək gərginlikli transformatora müdaxilə edib. Ehtiyatsızlıq edən gənci yüksək gərginlikli cərəyan vurub və 24 yaşlı Şəmil Həsənov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onun subay olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mayın 12-də Tovuzda da 36 yaşlı kişi ehtiyatsızlığının qurbanı olub. Vahidli kənd sakini 1980-ci il təvəllüdlü Vüqar Hümbət oğlu Əhmədov yaşadığı evin həyətində su nasosunun naqillərini birləşdirərkən ehtiyatsızlıq edib və onu cərəyan vurub. Ağır xəsarətlər alan Vüqar Əhmədov aldığı zədələrdən hadisə yerində dünyasını dəyişib.

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən kişinin iki azyaşlı övladı qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar