80 miqrant Aralıq dənizində boğularaq öldü

Bölgəyə xilas etmə briqadaları cəlb edilib.

Aralıq dənizində miqrant faciəsi yaşanıb. Ans press-in məlumatına görə, Liviya sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində 80 miqrant Aralıq dənizi sularında boğularaq həyatını itirib. Bu barədə Reuters agentliyi məlumat yayıb. Bölgəyə xilas etmə briqadaları cəlb edilib.

Bu ilin martında isə 25 miqrantın həlak olması ilə nəticələnən miqrant faciəsi Türkiyə sahillərində yaşanıb. Aydının Didim rayonunda qeyri qanunu yollarla miqrantları daşıyan gəmi olduğu gəmi sulara qərq olub.

Sahil Təhlükəsizlik Komandanlığından gəminin batması nəticəsində 25 insanın həyatını itirdiyi, 15 nəfərin isə xilas edildiyi bildirib.

Avropaya miqrant axınının artma səbəbi Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir.

Müəyyən şəxslər bir miqdar pul müqabilində minqrantları kiçik rezin və ya taxta qayıqlarda Yunanıstana keçirməyə razılaşırlar.

Bu zaman qayıqlara həddindən artıq insan mindirilir ki, bu da faciə ilə nəticələnir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar