Gəncə-Göygöl yolunda avtomobil qəzasında xəsarət alanlardan biri keçinib

Qezada-sinmish-padpres-180912Gəncə-Göygöl avtomobil yolunda baş verən qəzada xəsarət alanlardan biri keçinib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Azər Sadıqovu, həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Sürücü 1992-ci il təvəllüdlü Elmar Rzayevin vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Gəncə-Göygöl avtomobil yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə yolun Qızılqaya qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “Nissan” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və maşn yolun kənarında olan maneəyə çırpılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar