«İTİRDİYİMİZ YÜKSƏKLİKLƏRİ GERİ QAYTARMALIYIQ...» - Erməni generaldan etiraflar

"İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər”

“Ermənistan tərəfi aprel hadisələrində strateji baxımdan böyük əhəmiyyətə malik yüksəklikləri “itirib”. İndi onlar bu məsələni gizlətmək üçün yüksəkliklərin çox əhəmiyyətsiz olduğunu deyirlər”.

Anspress-in məlumatına görə, bu sözləri "Kommandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosya deyib.

O, bildirib ki, indi biz bu yüksəklikləri qaytarmalıyıq ki, Talış, Martakert və Madagiz sakinləri sakit yaşaya bilsinlər.

Bu məsələni bizim Müdafiə Nazirliyimiz və ölkə rəhbərliyi düşünməlidir. Biz itirdik və bu hündürlüklərə görə itirməkdə davam edəcəyik. Talış kəndində insanlar yaşamırlar. Qarabağın ən böyük şəhəri Martakert atəşin altında olur. Təbii ki, bu hündürlükləri qaytarmaq lazımdır ki, insanlar sakitcə evlərinə qayıda bilsinlər", - deyə Kommandos bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar