Milli Şura Baş Prokurorluğa müraciət etdi

Azərbaycan manatının çapı ilə bağlı korrupsiya faktının araşdırılması istənilir

Avstriyada Azərbaycan banknotlarının çapı ilə bağlı qalmaqallı məhkəmə prosesi davam edir. Yüksək vəzifəli Azərbaycan məmurlarının korrupsiya və rüşvətxorluqla bağlı cinayət xarakterli əməlləri bir srıa ölkələrdə məhkəmə predmetinə çevrilmişdir. Vyana məhkəməsi ilə bağlı faktlar göz qabağında olsa da, Azərbaycan hüquq mühafizə orqanları bu cinayət əməlinə göz yümür və heç bir tədbir görmək istəmir. Bu özü də korrupsiya və rüşvətxorluqun ən yüksək səviyyədə himayə olunduğunu təsdiq edir. Bütün bunları nəzərə alaraq Demokratik Qüvvələrin Milli Şurası bilavasitə korrupsiya və rüşvətxorluq əməllərini özündə ehtiva edən bu faktların araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:

“Cənab,Baş Prokuror!

“Azadlıq” qəzeti 18 fevral 2014-cü il tqrixli, 44 (5443)-cü sayında,”Virtualaz.orq” saytının Avstriya mənbələrinə istinadən Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbaycanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə məhkəmə prosesi barədə verdiyi xəbəri dərc etmişdir.

Xəbərdən görünür ki, məhkəmənin 17.02.2014-cü il tarixdə keçirilən iclasında səslənən prokurorun ittiham aktında 2005-20011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka”, yəni, rüşvət (qaytarılmaqla) ödənilib. Rüşvət pulları 2005-ci ilin iyul ayında saxta hesab-fakturalarla əslən Rumunyadan olan 73 yaşlı F.adlı qadının adına nağdlaşdırılmaqla, guya marketinq xidmətlərinə görə Dubayda qeydiyyatdan keçmiş firmaya ödənilmişdir. Azərbaycan Mərkəzi Bankının rəsmiləri tərəfindən göndərilən F.nın “tanımadığı naməlum vasitəçi” rüşvət pullarını almaq üçün onunla Rusiya Federasiyasının Moskva şəhərində görüşmüşdür. Rüşvət pullarının qalan hissəsini almaq üçün isə F.ya Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş offşor şirkətin hesabları təqdim edilmiş, lakin “OeBS” bu sxemin üstü açılacağı təqdirdə özünün beynəlxalq nüfuzuna ciddi zərbə dəyəcəyindən ehtiyat edərək həmin hesaba pulları köçürməyə tərədüd etmişdir.

Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkətin hesabına köçürülmüş, nəhayət bu şirkətin Bratislava (Slovakiya) və Londonda (Britaniya) yeni bank hesabları açılmış, Azərbaycan Mərkəzi Bankı ilə bağlanan sonrakı müqavilələrə görə “şapka”lar həmin hesablara ödənilməklə mənimsənilmişdir. Prokurorun ittiham aktına görə bu xidmətləri müqbilində yaşlı qadına 4 min İsveçrə frankı, onun iki vəkil tanışının hər birinə isə 100 min avro verilmişdir.

Qəzet yazır: ”Bütün bunlardan əlavə, Azərbaycan diplomatları birbaşa qadının vətəni Rumınyada peyda olaraq pulların “dərhal” nağd ödənilməsini tələb edirlər. Nəticədə pullar “Stephansplats” şirkətinin istehsalı olan plastik “meşok”lara doldurularaq Bakıya göndərilib” - deyə prokuror bildirib.”

Demokratik Qüvvələrin Milli Şurası,19 fevral 2014-cü il tarixli növbəti sessiyasında bir sıra siyasi partiyaların nümayəndələrinin və ziyalıların iştirakı ilə həmin yazıda Avstriyanın paytaxtı Vyanada bu ölkənin Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbaycanın Milli Bankının rəhbərliyi arasında on milyonlarla avroluq korrupsiya və rüşvət işi üzrə birinci məhkəmə iclasında prokurorun ittiham aktında səsləndirilənləri müzakrə etmiş və təqdim olunmuş faktda aşkar cinayət əlamətlərinin olmasını nəzərə alaraq, cinayət törətmiş şəxslər barəsində qanuni tədbir görülməsi üçün əldə olan materialı Sizə göndərmək qərarına gəlmişdir.

Həmin yazıdakı söhbətin məzmunundan göründüyü kimi, Azərbaycanın milli valyutasının çapı üçün Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkəti ilə Azərbaycanın Milli Bankının rəhbərliyi arasında müqavilə qəsdən şişirdilmiş rəqəmlərlə normal həddindən çox bağlanmış, əvəzində müqavilənin 20 faizi, yəni, on milyonlarla avro rüşvət formasında geri alınaraq mənimsənilmişdir.

Burada, rüşvət vasitə kimi istifadə olunmuş, məqsəd-təqsirkara (Azərbaycanın Milli Bankının rəhbərliyinə) etibar edilmiş özgə əmlakının - Azərbaycan dövlət büdcəsinin-xəzinəsinin talanması olmuşdur.

Bu cinayətkar sövdələşmədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.-cü (Bu Məcəllənin 311.1 və 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətələrə (hərəkətsizliyə) görə rüşvət alma), 311.3.1.-ci (eyni əməllər: qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.3.-cü (eyni əməllər: külli miqdarda törədildikdə), 179.3.(Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama), 179.3.1.(mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2.(külli miqdarda törədildikdə) maddələrinin tərkibinin olmasını nəzərə alaraq, cinayətkarlar barəsində qanuni tədbir görülməsi üçün, Azərbaycan Respublikasının CPM-nin 205-ci maddəsinin tələbinə uyğun olaraq Sizə məlumat veririk”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar