TÜRKİYƏDƏ MÜXALİFƏT BİABIRÇI MƏĞLUBİYYƏTƏ UĞRADI - Seçki rəqəmləri

Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanıb. İlkin nəticələrə görə, AKP artıq rəqiblərinə qalib gəlib. Bakı vaxtı ilə saat 08.45-ə olan məlumata görə, indiyə qədər səslərin 98 faizi sayılıb.

Məlumata görə, AKP səslərin 45,07% , CHP-287,00%, MHP-15,03%, BDP-6,00%-ni qazanıb.

Hakim partiya gözlənilənlərin əksinə olaraq İstanbul, Ankara, Antalya kimi böyük şəhərlərdə də qalib gəlib.

İstanbulda AKP-nin namizədi Kadir Topbaş CHP-li rəqibi Mustafa Sarıgülü 8 faiz geridə qoyaraq gözləntiləri alt-üst edib:

AKP -  % 48

CHP -  % 40

Ankarada isə rəqabət başabaş olub.

AKP (Melih Kökcek) - 44.7

CHP (Mansur Yavaş) - 43.8

Türkiyədə son aylarda baş verənlərdən sonra müxalifətin biabırçı məğlubiyyətə uğraması, AKP-nin isə 2009 seçkilərilə müqayisədə hətta öz səslərini xeyli artırması düşündürücüdür.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar