Əsgər huşunu itirdi, nazir ilkin yardım göstərdi - Video

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə 65-ci hökumətin etimad səsverməsi keçirilib. Millət vəkilləri və nazirlər səsvermədən sonra Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dəfn olunduğu “Anıtkabir”i ziyarət edərkən növbətçi əsgərlərdən biri hər kəsin gözü qarşısında huşunu itirib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, hadisə zamanı baş nazir Binəli Yıldırım da orada olub. Yıldırımla yanaşı gedən səhiyyə naziri Rəcəb Akdağ əsgərin yanına qaçaraq ona ilkin yardım göstərib. Daha sonra əsgər ayağa qaldırılıb və digər əsgərlərin köməyilə xəstəxanaya aparılıb.

B. Yıldırım hadisə ilə bağlı açıqlama verərək “Ayaqüstə qaldığı üçün təzyiqi düşüb, amma Allaha şükür ki, indi yaxşıdır. Səhiyyə nazirimiz belə hadisələrdə hər zaman hazırdır” deyə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar