Tələbələri daşıyan avtobus aşdı: 3 ölü, 21 yaralı - Siyahı + VİDEO (YENİLƏNİB)

Ötən gün axşam saatlarında Xızı rayonunun Xələflər kəndi ərasinində baş verən ağır yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə APA-nın yerli bürosuna Xızı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümü) cinayət işi başlanıb.

Hələlik saxlanılan yoxdur. Avtobusun sürücüsü hadisə zamanı ağır bədən xəsarətləri alıb və hazırda xəstəxanadadır.

Qeyd edək ki, ötən gün Xızı rayonu ərazisində “Hyundai” markalı mikroavtobus aşıb. Qəza nəticəsində 3 nəfər ölü, 21 nəfər xəsarət alıb.

Ölən sərnişinlərdən sonuncusunun da şəxsiyyəti müəyyənləşib.

Həmin şəxs Sərxan Abdullayevdir.

Bu barədə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib.

* * *

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 Xızıda avtobusun aşması nəticəsində yaralananların sayı 21 nəfərə çatıb, 3 nəfər ölüb.

Sumqayıt Dövlət Texniki Kollecinin müəllim heyətini daşıyan avtobusun Xızıdan Bakıya qayıdarkən qəzaya uğraması nəticəsində ölən 2 nəfər və 15 yaralının adı məlum olub.

“Report” xəbər verir ki, ölənlər 1984-cü il təvəllüdlü idman müəllimi Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında işləyən 1979-cu il təvəllüdlü Dilarə Əliyevadır. Ölən 3-cü şəxsin kimliyi müəyyənləşdirilir.

Yaralılar:

Rzayev Rasim Səfa oğlu, 1955

Rəhmanova Lalə Rəhman qızı, 1975

Kazımlı Nigar İlham qızı (Lalə Rəhmanovanın qızı, şagird), 2005

Mollayeva İndra, 1964

Mikayılov Çaylar, 1951

Abdullayev Qafar, 1950

Abdullayev Nizami, 1959

Qurbanov Əsəd, 1966

Rəhimova Ziba

Fərhadova Leyla

Fərhadov Rasim,

Əliyeva Hədiyyə

Feyzullayev İsmayıl

Əliyeva İradə,

Fərzəliyeva Fərqanə

Ağabəyli Vüsalə

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar