Lavrovla Kerri arasında telefon danışığı

Bu gün ABŞ tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, S. Lavrov və C. Kerri Suriyada vəziyyəti müzakirə ediblər.

S. Lavrov yenə də Suriya-Türkiyə sərhədinin bağlanmasının zəruri olduğunu, həmin yerlərdən terrorçuların sızdığını iddia edib. Tərəflər Suriya ilə bağlı səylərini gücləndirmək barədə razılığa gəliblər.

Danışıqlar zamanı Ukrayna problemi və ikitərəfli münasibətlərə dair digər məsələlər də müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar