Şəkidə gənc fəala 15 sutka həbc verildi

Mayın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyası Gənclər Komitəsinin Şəki şöbəsinin sədri Samir Həsənov saxlanılıb.

Şəki rayonunu AXCP şöbəsindən Turana verilən məlumata görə, Samir Həsənov mayın 29-da rayon məhkəməsinə aparılıb. O, qapalı prosesdə xırda xuliqanlıqda ittiham ounaraq 15 sutka inzibati həbs cəzası alıb.

Məlumata görə, mayın 28-də AXCP Şəki şöbəsinin fəalları Respublika Günü ilə əlaqədar şəhərdəki Şəhidlər xiyabanını ziyarət ediblər. AXCP Şəki şöbəsinin sədri İslam Həsənovun kamerasının əlindən alındığı, tədbirdən çəkdiyi kadrların silindiyi bildirilir. Samir Həsənov isə aksiyadan sonra saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar