İmoməli Rəhmonun qızı senator seçildi

Düşənbənin və paytaxt rayonları deputatlarının birgə sessiyası bu gün Tacikistan Prezidenti Aparatının rəhbəri Ozadə Rəhmonu ölkə parlamenti yuxarı palatasının üzvü seçib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, prezidentin qızının namizədliyi aprelin 14-də Düşənbə şəhər xalq deputatları məclisinin növbəti sessiyasında irəli sürülmüşdü.

Onu da qeyd edək ki, 2000-ci ildə ikipalatalı parlament yaranandan sonra Ozadə Rəhmondan əvvəl Prezident Aparatının icra rəhbəri olmuş iki nəfər də senator seçilib.

Yeri gəlmişkən, 38 yaşlı hüquq elmləri namizədi O.Rəhmon İcra Aparatının rəhbəri vəzifəsinə bu ilin yanvar ayında təyin olunub. Ona qədər isə o, xarici işlər nazirinin birinci müavini postunu tuturdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar