Türkiyədə PKK-çılarla atışmada 1 əsgər həlak olub

Türkiyənin Şırnaq vilayətinin Uludərə rayonunda PKK terrorçuları ilə atışmada 1 əsgər həlak olub.

APA-nın “Anadolu”-ya istinadən verdiyi xəbərə görə, axşam saatlarında bir qrup terrorçu rayonun Şimali İraqla sərhədindəki əraziləri atəşə tutub. Hücuma cavab verən təhlükəsizlik güvvələrİ ilə PKK-çılar arasında baş verən atışma zamanı 1 əsgər ağır yaralanıb.

Helikopterlə Şirnaq xəstəxanasına çatdırılan əsgərin həyatını xilas etmək mümkün olmayıb. Əsgərin həlak olduğu atışmadan sonra bölgədə genişmiqyaslı əməliyyata başlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar