33 yaşlı qadın intihar etmək istədi

intihar-eden-qiz-asilmishŞəkidə 33 yaşlı qadın intihara cəhd edib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhər sakini, 1983-cü il təvəllüdlü Nigar Elşad qızı Tahirova hələlik istintaqa məlum olmayan səbəbdən mayın 29-da intihar etmək məqsədilə kəsici alətlə sol qoluna bir neçə yerdən xəsarət yetirib.

N. Tahirovaya Şəki Rayon Mərkəzi Xəstəxanasında lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar