Türkiyə son anda damğanı vurdu- Bütün oyunların nəticələri

 

Türkiyə millisi son dəqiqələrdə yeganə qolu vuraraq qələbə qazanıb. ANS PRESS-in məlumatına görə, ötən gecə beynəlxalq yoldaşlıq oyunları çərçivəsində daha bir neçə qarşılaşma keçirilib. Gecənin gözlənilməz nəticəsi Almaniyada olub.

Türkiyə Monteneqronu qonaq edib. Oyunun 95-ci dəqiqəsində Məhmət Topal Arda Turanın məhsuldar ötürməsindən sonra baş zərbəsi ilə qol vurub. Azərbaycan yığmasının  "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindənAlmaniya yığması doğma azarkeşlər önündə Slovakiya yığmasına məğlub olub.Portuqaliya isə Norveç millisini darmadağın edib.  "Qarabağ"ın müdafiəçisiAnsi Aqollinin şərəfini qoruduğu Albaniya millisi Qətərlə qüvvəsini sınayıb və 3:1 hesabı ilə qalib gəlib.

Albaniya - Qətər - 3:1

Qollar: Hassan, 1 (0:1), Ajeti, 23 (1:1), Lenjani, 40 (2:1), Sadiku, 64 (3:1) 

Almaniya - Slovakiya - 1:3

Qollar: Qomez, 13-pen (1:0), Hamşik, 41 (1:1), Duris, 44 (1:2), Kuçka, 52 (1:3)

İspaniya - Bosniya və Herseqovina - 3:1

Qollar: Nolito, 11 (1:0), 18 (2:0), Spahiç, 29 (2:1), Pedro, 90+5 (3:1)

Qırmızı vərəqə: Spahiç, 45+1 (Bosniya və Hersoqovina)

Almaniya Slovakiya yığmasına qarşı

Almaniya Slovakiya yığmasına qarşı

Rumıniya - Ukrayna - 3:4

Qollar: Torje, 23 (1:0), Zozulya, 44 (1:1), Zinçenko, 48 (1:2), Konoplyanka, 54 (1:3), Yarmolenko, 59 (1:4), Alibec, 74 (2:4), Stanku, 85 (3:4)

Türkiyə - Monteneqro - 1:0

Qol: Topal, 90+5 (1:0)

İtaliya - Şotlandiya - 1:0

Qol: Pelle, 57 (1:0)

Portuqaliya - Norveç - 3:0 

Qollar: Quarejma, 13 (1:0), Querrero, 65 (2:0), Eder, 70 (3:0)

Ötən gün  Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Yığmanın rəqibiMakedoniya yığması olub. Qarşılıqlı hücumlar şəraitində keçən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qolunu Əfran İsmayılov penaltidən vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar