Savçenko Donbasa gəlsə öldürüləcək?

Rusiya KİV-nin yaydığı məlumata görə, Donbasın «Rusiya vassalı» Aleksandr Zaxarçenko belə bir bəyanatla çıxış edib ki, əgər Nadejda Savçenko Donbasın cəbhə xəttində görünsə, oldürüləcək («Exo Moskvı»).

Nadejda Savçenkonun hərbi əsirlərin dəyişdirilməsinə hazır olduğu barədəki bəyanatını jurnalistlərə şərh edən Zaxarçenko deyib ki, həbsdən azad olunmuş Ukraynalı pilotun silahlı münaqişə bölgəsinə gəlməsi lazım deyil.

«Mən, onunla dialoq aparmaq istəmirəm. O, adi hərbi əsirdir. Amma onun buralara gəlməsinə dəyməz - bu, gerçəkdən belədir. Çünki Kiyev üçün ölmüş Savçenko daha yaxşıdır, nəinki salamat Savçenko... Onun Donbasa gəlmək üçün istənilən cəhdini Ukrayna tərəfi onu öldürmək üçün istifadə edəcək... Təbii ki, bunda da bizi ittiham edəcəklər» - deyə, Zaxarçenko qeyd edib.

Tanınmamış Donetsk respublikasının başçısı həm də əlavə edib ki, əgər Zaxarçenko cəbhə xəttinə gəlsə, Donetsk respublikasının hərbçiləri onu «nişan alacaq»lar. Bu zaman Kiyev onun öldürülməsində «Donetsk xalq respublikası» hakimiyyətini ittiham etsə, elə də böyük «inciklik» olmayacaq.

Beləliklə, «oyun» davam edir...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar