«Putin bunu gözəl bilir» - Polşa XİN

AzPolitika.info-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın xarici işlər naziri Vitold Vaşikovski bəyan edib ki, Avropadakı raket əleyhinə müdafiə sistemləri (RMS) Rusiyanın təhlükəsizliyini təhdid etmir və Vladimir Putin də bunu gözəl bilir.

Bundan əvvəl prezident Vladimir Putin demişdi ki, Rusiya bu təhdidə cavab verməyə məcbur olacaq.

Polşa müdafiə nazirinin sözlərinə görə, Prezident Putin bilməlidir və gözəl bilir ki, Polşadakı RƏM sistemi Rusiyanı təhdid etmir. Bu sistem Avropanı Yaxın Şərqdən mümkün raket hücumundan müdafiə etməlidir».

Eyni zamanda, polşalı nazir qeyd edib ki, NATO-nun beynəlxalq güclərinin və ABŞ-ın Şərqi Avropa ölkələrindəki hərbi iştirakı «Rusiyanın çox aqressiv davranışına və hədələrinə» cavabdır. O, bildirib ki, ötən həftə NATO-nun xarici işlər nazirlərinin Brüsseldəki görüşündə belə bir qərar qəbul olunub ki, alyansın şərq cinahı müttəfiq güclərinin fiziki iştirakı ilə möhkəmləndirilməlidir: «İndiki halda, bu iştirakın xarakteri və miqyası barədə diskussiya gedir. Polşada və Baltik ölkələrinin hər birində NATO batalyonu barədə danışıqdar aparılır».

Bundan əvvəl, Yunanıstana səfərinin gedişində Rusiyanın prezidenti Vladimir Putin bəyan etmişdi ki, Polşa və Rumıniyada RƏM sistemlərinin yerləşdirilməsi Rusiya və Avropaının əməkdaşlıq məsələlərinə neqativ təsir göstərir. O, qeyd edib ki, bu sistemlərin Rusiya üçün heç bir təhlükə yaratmadığı barədəki bəyanatlar həqiqətə uyğun deyil. Putinin sözlərinə görə, Rusiya buna «reaksiya verməyə məcbur olacaq»

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar