Sumqayıtda fəhlə başına beton daşı düşməsi nəticəsində öldü

Sumqayıt şəhərində Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 28-də Sumqayıt şəhəri 6-cı mikrorayonda inşa edilən 13 mərtəbəli binada fəhlə işləyən Biləsuvar rayon sakini Məhəmməd Qurbanov 1-ci mərtəbədə olarkən beton daşı qırılaraq başına düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar