​MHP-nin fövqəladə qurultayının keçirilmə tarixi dəyişdirildi

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) fövqəladə qurultayı iyulun 19-da Ankarada Böyük Oteldə keçiriləcək.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda partiyanın təşkilat komitəsi açıqlama yayıb.

Qeyd edək ki, ötən həftə MHP-nin sədri Dövlət Baxçalı qurultayın keçirilməsi tarixi ilə bağlı bunları söyləmişdi: "MHP təşkilati məsələyə baxılacaq fövqəladə qurultayını iyulun 10-da keçirəcək. Kim, ya da kimlər partiya sədrliyinə namizəd olacaqsa, mənimlə yarışacaq".

O, partiya nizamnaməsinə dəyişikliyə mərhələ-mərhələ baxılacağını da vurğulayıb.

Xatırladaq ki, MHP-də sədrə müxalif olanlar mayın 15-də fövqəladə qurultay keçirməyi planlaşdırmışdı. Ancaq qurultayı həmin tarixdə reallaşdırmaq mümkün olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar