Fəlluca üzərinə həlledici hücum başlayıb

İraq ordusu İslam Dövləti (İD) adlandırılan qruplaşmanın nəzarətində olan Fəlluca şəhəri üzərinə hücuma keçib.

Reuters agentliyi şəhərdə atışma və partlayış səslərinin eşidildiyini xəbər verir.

Fəlluca Mosul şəhərilə yanaşı İD nəzarətində olan iki iri İraq şəhərlərindən biridir.

AFP agentliyinə danışan İraq ordu komandirlərindən biri qoşunların artıq şəhərdə olduğunu deyib.

Onun sözlərinə görə ordu üç istiqamətdən hücuma keçib.

Beynəlxalq koalisiyanın hava qüvvələri Fəllucadakı mövqelərə havadan zərbələr endirir.

Agentliklər tank və artlilleriyadan istifadə olunduğunu yazır.

Paytaxt Bağdaddan 50 kilometr aralıqda yerləşən Fəlluca İD qruplaşmasının istehkamı sayılır.

Ötən həftə başlayan əməliyyatdan öncə şəhərə hücum ediləcəyi elan olunub. Lakin xəbərdarlığa baxmayaraq bir çox adam şəhəri tərk edə bilməyib.

Bəzi məlumatlara görə şəhərdə 50 min sakin qalıb. Onların aclıqdan əziyyət çəkdiyi bildirilir.

İD Fəllucanı 2014-ci ilin əvvəlində ələ keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar