600-dən artıq britaniyalı iqtisadçı ölkənin Aİ-dan ayrılmasına qarşı çıxıb!

Xarici KİV-in yaydığı məlumata görə, 600-dən artıq britaniyalı iqtisadçı Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasına qarşı çıxıb. Onlar hesab edirlər ki, bu addımın nəticələri ölkə iqtisadiyyatının artımına neqativ təsir göstərəcək. Bu barədə məlumatı «İpsos» sosioloji xidmətinin tədqiqatlarını dərc etmiş «The Observer» nəşri yayıb.

Beləliklə, nəşr yazır ki, 639 respondent daxilindən 82,0 faiz ekspert əmindir ki, ölkənin Aİ-yə üzvlüyünün dayandırılması «britaniyalı ailələrin gəlirlərinə neqativ təsir göstərəcək». Daha 57,0 faiz hesab edir ki, Brüssellə münasibətlərin qırılması «iqtisaliyyatın inkişafını laxladacaq və növbəti 5 il ərzində ümumi daxili məhsulu (ÜDM) 3 faiz azaldacaq».

Mütəxəssislərin böyük əksəriyyəti (72,0 faizi) «brekzit»in («britaniyanın çıxması») uzunmüddətli perspektivdə (10-15 il) iqtisadi artıma neqativ nəticələrini proqnoz edir.

Bildirək ki, Britaniyanın Aİ-da qalıb-qalmamsı məsələsi üzrə referendum iyunun 23-də keçiriləcək. Bu, ölkənin tarixində 3-cü ümummilli səsvermə olacaq. 1975-ci ildə britaniyalılar bu ölkənin Avropa iqtisadi birliyinə üzvlüyünü dəstəkləyiblər, 2011-ci ildə isə Böyük Britaniyada seçki sisteminin dəyişdirilməsi məsələsi üzrə ümummilli səsverməyə gediblər.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar