"Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var" - Baş nazirin müavini

Türkiyə və Rusiyanın bir-birinə ehtiyacı var. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş deyib.

O bildirib: "Tükiyə əvvəlki kimi bəyan edir ki, Rusiyaya məxsus Su-24 təyyarəsi vurulanda Ankara həmin bombardmançının kimə aid olduğunu bilmirdi".

N.Kurtulmuş ümid etdiyini bildirib ki, Ankara və Moskva dialoq yolu ilə münasibətlərdəki böhranı nizamlaya biləcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar