Samuxa yağan dolu kənd təsərrüfatına ciddi ziyan vurub

 Ötən gün Samux rayonuna yağan güclü yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, dolu əsasən rayonun Sarıqamış kəndində ciddi fəsadlar törədib. Sakinlərin sözlərinə görə, təxminən yarım saata yaxın iri buz parçaları yağıb. Nəticədə əkin sahələrində müxtəlif bitkilər məhv olub. Samux rayon Kənd təsərrüfatı idarəsinin rəisi Rahil Həsənov bildirib ki, dolu düşən ərazilərdə taxıl sahələrinin 30-35 faizinə, tərəvəz sahələrinin 40 faizi, üzüm bağlarının isə 50 faizinə ziyan dəyib. Dəyən ziyanı müəyyənləşdirmək üçün komissiya yaradılıb. Hazırda bu istiqamətində iş aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar