Xızıda baş verən qəzada xəsarət alanlar Sumqayıt təcili yardım xəstəxanasına gətirilib

Ötən gün Xızıda avtobusun aşması nəticəsində xəsarət alan şəxslər Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin əməkdaşı Xalidə Quliyeva APA-ya açıqlamasında deyib ki, onlardan 3-ü neocərrahiyyə, 1-cərrahiyyə, qalanları isə travmatalogiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Səhiyyə naziri Oqtay Şirəliyev də Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək xəsarət alanlara göstəriən ilkin yardımla tanış olub, müvafiq tapşırıqlarını verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar