Keçmiş prezidentə ömürlük həbs cəzası verildi

Çadın keçmiş prezidenti Xissen Xabreyə ömürlük həbs cəzası verilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu qərarı Seneqaldakı xüsusi tribunal qəbul edib.

Çadın keçmiş rəhbəri döymə, zorlama, sifarişli qətllərdə ittiham olunub. Ümumilikdə, o, 1980-1990-cı illər ərzində 40 000 nəfərin qətlində günhlandırılır. X.Xabre bu ittihamları təkzib edib.

Bu, Afrika İttifaqı tərəfindən təşkil olunan məhkəmənin keçmiş prezidentə hökm çıxardığı birinci hadisədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar