Xaricdə oxuyanlara əsgərlikdən möhlət hüququ verildi
Baxiş sayı:
Dərc olunub:
31/05/2016 - 15:58
Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı layihə müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, xarici ölkədə təhsil alan Azərbaycan vətəndaşlarının hərbi çağırışdan möhlət hüququ ilə bağlı məhdudiyyət aradan qaldırılır.
Qanunun 21-ci maddəsinə (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) dəyişiklik edilir.
Maddənin 1.5-ci hissəsinə edilən dəyişikliyə əsasən, “xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək” möhlət hüququ veriləcək.
Layihə səsə qoyularaq qəbul olunub.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.