90 saylı dairədə təkrar seçkilər: qeydə alınan namizədlərin TAM SİYAHISI

İyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə qeydə alınan namizədlərin tam siyahısı açıqlanıb.

Mərkəzi Seçki Komissiyasından "Report"a verilən məlumata görə, həmin dairə üzrə 7 nəfərin namizədliyi qeydə alınıb.

90 saylı Ağdaş seçki dairəsi üzrə qeydə alınan namizədlərin tam siyahısı belədir:

Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar