ZAQATALADA XÜSUSİ ƏMƏLİYYAT: Vəzifəli şəxslər saxlanıldı – ADLAR

Zaqatalada xüsusi əməliyyat keçirilib.

APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsinin müavini Məhəmməd Şərif oğlu Kələşov, Ramin Davud oğlu Şabanov, Şamil Cuma oğlu Şıxəmirov və daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılan şəxslərdən silah və narkotik götürülüb.

Hazırda əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, mayın 1-də saat 07.30 radələrində Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş vermişdi.Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Bundan sonra polis Zaqatalada genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində 6 nəfər saxlanılıb. Onlardan qadağan olunmuş dini ədəbiyyat, xeyli sayda silah-sursat, o cümlədən qumbaralar götürülüb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar