Taleh Bağırovun cinayət işi üzrə istintaq yekunlaşıb

talehfoto 1“Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun cinayət işi üzrə istintaq yekunlaşıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə vəkillər cinayət işinin materialları ilə tanış olacaqlar. E. Sadıqov T. Bağırovun Cinayət Məcəlləsinin 21 maddəsinə əsasən ittiham olunduğunu deyib.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar