Dünyadakı qulların sayı AÇIQLANDI - Azərbaycanda 45 min nəfər qul durumundadır

Avstraliyanın “Walk Free Foundation” təşkilatı dünyadakı qulların sayı ilə bağlı yeni araşdırma aparıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatın 167 ölkədə apardığı araşdırma zamanı planetimizdə 45 milyondan artıq qadının, kişini və uşağın qul vəziyyətində olduğunu ortaya qoyub.

Onların böyük əksəriyyətinin Asiya-Sakit okean regionundakı ölkələrdə olduğu və saylarının artdığı aydınlaşıb.

“Walk Free Foundation”un araşdırmasına görə, ən çox qul Hindistanda (18,35 milyon insan), quldarlığın ən geniş yayıldığı ölkə isə Şimali Koreya (4,37%) sayılır.

Hindistanla yanaşı Çin (3,39 milyon), Pakistan (2,13 milyon), Banqladeş (1,53 milyon) və Özbəkistan (1,23 milyon) da ən çox qulların yaşadığı ölkələr sayılır.

“Walk Free Foundation”un araşdırmasında Azərbaycan və ona qonşu ölkərin də adı qeyd edilib.

Statistikaya əsasən, Azərbaycan əhalisinin 0,467%-i yaxud 45 min nəfəri qul durumundadır.

Qonşu ölkələrdən Gürcüstanda bu göstərici 20,9 min, Ermənistanda 14,1 min, Türkiyədə 480,3 min, Rusiyada 1,048 milyon, İranda isə 495,3 min nəfər təşkil edir.

Müasir qul sistemi – yalan, məcburiyyət, ölüm qorxusu, yaxud fiziki zorakılıq səbəbindən olduğu yeri tərk edə bilməyən insanların istismar olunmasından ibarətdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar