AP prezidenti DAA-nın Təşəbbüs Qrupunun rəhbərinə cavab məktubu göndərib - FOTO 

Avropa Parlamentinin prezidenti Martin Şultz Dünya Azərbaycanlıları Assambleyası (DAA) Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyevə cavab məktubu göndərib.

1news.az Dünya Azərbaycanlıları Assambleyasının mətbuat xitmətinə istinadla xəbər verir.

Xəbərdə qeyd edilir ki, 2-5 aprel tarixlərində Ermənistan silahlı qüvvələrinin həm mülkü, həm də vəzifə borcunu yerinə yetirən silahlı hərbiçiləri hədəfə alması ilə yenidən münqaişə bölgəsində arzulolunmaz hadisələr baş verib.

Nəticədə onlarla mülkü əhalinin evinə, şəxsi əmlak və can sağlığına ciddi ziyan dəyib. Bu hadisələrlə əlaqədar olaraq 12 aprel 2016-cı il tarixində Dünya Azərbaycanlıları Assambleyası Avropa Parlamentinin prezidenti Martin Şultza və bir sıra beynəlxalq qurum rəhbərlərinə müraciət edilib. Müraciət 20 ildən çox davam edən cinayət və işğala son qoyulması, beynəlxalq hüququn bu günə qədər tətbiq edilməməsi, işğal və terrora səbəb olan Ermənistan hakimiyyətinə beynəlxalq hüququn imkanları çərçivəsində konkret addımlar atılmasını beynəlxalq qurumlardan və rəhbərlərdən tələb və xahiş etmək idi. Buna cavab olaraq Martin Şultz DAA Təşəbbüs Qrupunun rəhbəri Rəşad Quliyevə 26 may tarixli məktubu ilə cavab verib.

Həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli cənab Quliyev,

İlk öncə diqqətimi bu məsələyə yönəltdiyiniz üçün təşəkkür edirəm.

Hadisə baş verən günlər 3 aprel tarixində atəşkəsin pozulması ilə bağlı narahatlığımı tərəflərə bildirmişəm. Təcili olaraq 12 aprel tarixində Avropa Parlamentinin Plenar iclasının gündəliyinə salınıb ki, ali təmsilçi, vitse prezident Federika Moqeriniyə icazə verilsin ki o, bu məsələ ilə əlaqədar debatlara başlasın.

Baş vermiş hadisə təəssüf ki, Avropa Parlamentinin status kvonun davamlı saxlanılması qəbuledilməzliyini təsdiq edir. Bu hal gələcəkdə silahlı əməliyyatların baş vermə riskini artırır.

Ermənistan işğal etdiyi əraziləri həmçinin Dağlıq Qarabağ ətrafı bölgələri boşaltmalı və beynəlxalq təhlükəsizlik zəmanəti altında qaçqınlar o bölgələrə qaytarılmalıdır”.

Qeyd edək ki, cənab Şultzun bu məktubu Dünya Azərbaycanlıları Assambleyası Təşəbbüs Qrupunun rəhbəri cənab Rəşad Quliyevin 12 aprel tarixində erməni işğalçılarının münaqişə bölgələrində təxribat törətməsi ilə bağlı yazdığı məktuba cavabdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar