Ötən həftə Aralıq dənizində 880 qaçqın boğularaq ölüb - BMT

Uilyam Spindler: Cari ilin əvvəlindən 2,5 min qaçqın Aralıq dənizində həyatını itirib

Ötən həftə Aralıq dənizində 880 qaçqın boğularaq ölüb. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu BMT-nin qaçqınların işi üzrə agentliyinin rəsmi təmsilçisi Uilyam Spindler deyib.

Onun sözlərinə görə, Avropaya çatmaq istəyən qaçqınlar ən çox onları aparan qayıqların dənizdə çevrilməsi zamanı həyatlarını itiriblər.

"Cari ilin əvvəlindən 2,5 min qaçqın Aralıq dənizində boğularaq ölüb. Ötən ilin uyğun dövründə onların sayı 1,8 min nəfər, 2014-cü ilin ilk 5 ayında isə 57 nəfər olub ", - deyə o vurğulayıb.

O qeyd edib ki, Afrikanın şimalından İtaliyaya getmək daha riskli olduğundan, onlar Türkiyədən keçərək Yunanıstana yerləşirlər: "Bu il Aralıq dənizindən 200 minə yaxın insan Avropaya keçib. Onların 3/4-ü Türkiyədən Yunanıstana keçənlərdir" .

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar