Ərdoğan Merkelə zəng edərək narahatlığını çatdırıb

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniyanın federal kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, telefon danışığı R. T. Ərdoğanın təşəbbüsü ilə baş tutub. Türkiyə prezidenti Bundestaqın gündəliyində olan uydurma "erməni soyqırımı" haqqında qətnamə layihəsindən narahatlığını bildirib.

Xatırladaq ki, uydurma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutuan layihə iyunun 2-də Bundestaqda səsverməyə çıxarılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar