Gəncə sakini bıçaqlanıb

BicaqGəncədə xəstəxanaya bıçaq xəsarəti almış şəxs gətirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə sakini, 1959-cu il təvəllüdlü Fazil Hüseynov qarının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Yaralını xəstəxanaya gətirənlər bildirib ki, hadisə Daşkəsənin Xoşbulaq kəndində qeydə alınıb.

F. Hüseynov kənddə yeyib-içdikdən sonra bıçaqla özünə xəsarət yetirib. Onun hadisəni içkili vəziyyətdə törətdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar