Sabah Bulvarda attraksionlar pulsuz olacaq

Denizkenari-BulvarSabah Dənizkənarı Milli Parkda attraksionlar pulsuz olacaq.

Bunu Ans press-ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, bu tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə əlaqədardır: “Sabah bulvarda olan attraksion və karusellərin əksəriyyəti, qatarlar və hava şəraiti imkan versə, gəmi uşaqların pulsuz istifadəsinə veriləcək”.

Nazim Məcidov bildirib ki, attraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub. Rəis müavini onu da əlavə edib ki, uşaqların attraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar