Məmmədyarovla Nalbandyanın görüşü ləğv olundu

144809_res_01

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş olmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan xarici siyasət idarəsinin mətbuat katibi Tiqran Balayan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü ləğv olunub. Balayan iyunun 2-də Nalbəndyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib.

"Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həlli ilə əlaqədar hərtərəfli və substantiv danışıqlar prosesinə hazırdır". Bunu ANS PRESS-ə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın son görüşü may ayının 16-da Avstriyanın paytaxtı Vyanadaolub. Görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə baş tutub. ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro görüşdə iştirak edib.

Daha sonra Sergey Lavrov prezidentlərin görüşü ilə bağlı açıqlama verib. O bildirib ki,  danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər. Toplantının sonunda ATƏT-in Minsk qrupu bəyanatla çıxış edib. Sənəddə deyilir ki, prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər.

Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-infəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar