General və iki polkovniki 8 ilədək həbs cəzası gözləyir - Düşmən ordusu təlaş içində

ermeni ordusu 071010Onlar səhlənkarlıq və hakimiyyətdən sui-istifadə də ittiham olunurlar

Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.

“Report” xəbər verir ki, hərbçilər səhlənkarlıq və hakimiyyətdən sui-istifadə ittiham olunurlar və onlar 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Silah İdarəsinin sabiq rəisi general-mayor Melsik Çilinqaryan və həmin idarənin Avtonəqliyyat Xidmətinin sabiq rəisi polkovnik Armen Sarkisyan saxlanılıb.

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin Kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mqer Papyan da saxlanılıb.

İlkin istintaq işləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar