İŞİD-in 7 lideri öldürüldü

isid_ndexHazırda İraqda genişmiqyaslı hərbi əməliyyatların davam etdiyi bildirilir.

İraq Hərbi Hava Qüvvələrləri İŞİD terror qruplaşmasının yeddi liderini məhv edib. Ans press-in məlumatına görə, bu barədə yerli mətbuat xəbər verib.

"İraqda hərbi əməliyyatlar davam edir"

Öldürülən döyüşçülər arasında terror təşkilatının kəşfiyyat və təhlükəsizlik nümayəndəsi, İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ən yaxın köməkçisi də var. Öldürülənlər arasında həmçinin İraq və Suriyada yerləşən terror qruplaşmasının böyük dəstələrinin başçıları da var. İraqda hərbi əməliyyatlar davam edir.

İŞİD-in lider heyətindəki çeçen öldürüldü

Mayın 28-də bir neçə ​İŞİD lideri aviazərbələr nəticəsində öldürülüb. ABŞ və İraqın birləşmiş qüvvələri tərəfindən Əl-Fəllucada keçirilən hərbi əməliyyatlar davam edir.

Bu barədə keçirilən brifinqdə Amerikanın İraq və Suriyada əks-kəşfiyyat əməliyyatları komandanlığının nümayəndəsi polkovnik Stiv Uorren bildirib.

"Biz Mahir əl-Bilaui iki gün əvvəl aviazərbə zamanı öldürdük", - deyə Uorren bildirib. O qeyd edib ki, bu, əldə edilən kəşfiyyat məlumatları sayəsində mümkün olub. "Əlbəttə ki, bu, düşmənin döyüşü dayandırmasına təsir etməsə də onlara zərbə oldu. Bu, inamsızlıq yaradır", - deyə polkovnik bildirib.

İŞİD lideri vuruldu

İraq Silahlı Qüvvələri mayın 23-dən etibarən Əl-Fəlluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

Bunu İraqın baş naziri Heydər Əl-Abadi bəyan edib. “Əl-Faluca şəhərinin azad edilməsinin vaxtı çatıb”, - deyən baş nazir ordunun əməliyyata hazır olduğunu qeyd edib. Əməliyyatda İraq Silahlı Qüvvələri ilə yanaşı, hökuməti dəstəkləyən könüllülər də iştirak edir.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar