Nərgiz Paşayevanın kürəkəni açıqlama yaydı

“Bəylər Əyyubovun qohumları ilə bağlı hadisəyə heç bir aidiyyətim yoxdur”

Qəzetimizin 17.09.2013-cü il tarixli sayında dərc olunmuş “Məhkəmə Bəylər Əyyubovun qohumlarına 9 il 6 ay iş verdi” başlıqlı məqaləyə qarşı tərəfdən reaksiya verilib.

Anar Rəhmanov tərəfindən redaksiyamıza göndərilən məktubda bildirilir ki, onun adının məqalədə hallandırılması doğru deyil və yazılan işlərə aidiyyəti olmayıb: “Məqalədə qeyd olunur ki, general B.Əyyubovun qohumları gecə klublarının birində Anar Heydərov adlı şəxslə dalaşdıqlarına görə həbs olunublar. Anar Heydərov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəri Nərgiz Paşayevanın kürəkənidir. Rəsmi olaraq bildirmək istəyirik ki, məqalədə qeyd olunan hadisədə Nərgiz Paşayevanın hər hansı bir ailə üzvü, o cümlədən mən iştirak etmədiyim üçün qeyd olunan iddialar tam əsasız və yalandır”.

Qeyd edək ki, məktub müəllifi Anar Rəhmanov Nərgiz Paşayevanın kürəkənidir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar