Azərbaycan Dünya Bankına müraciət etdi -  500 milyon dollarlıq kredit üçün

Azərbaycan “Cənub qaz dəhlizi” layihəsinin həyata keçrilməsi üçün Dünya Bankının (DB) kreditlərini cəlb etməyi planlaşdırır.

Bu barədə İnterfaks-Azərbaycana Bankın Bakı filialında bildiriblər.

“Azərbaycan tərəfi CQD layihəsində öz payını maliyyələşdirmək üçün 500 milyon dollar həcmində kredit üçün Dünya Bankına müraciət edib. Hazırda bu məsələ üzrə müzakirələr aparılır”,- bankın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, layihənin benefisiarı (gəlir əldə edən tərəf) “Cənub qaz dəhlizi” QSC olacaq.

Bank nümayəndəsi əlavə edib ki, təsdiqləndiyi halda, kredit vəsaiti dövlət zəmanəti altında təqdim ediləcək.

“Layihənin hazırlanması, danışıqların aparılması, kreditin ayrılmasının bankın idarə heyəti tərəfindən təsdiqlənməsi ilə əlaqədar bütün məsələlərin 2016-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”, - o qeyd edib.

“Cənub qaz dəhlizi” layihəsi “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Avropaya nəql edilməsi üçün boru kəmər infrastrukturunun yaradılmasını nəzərdə tutur. Layihənin dəyəri 42-45 milyard dollar həcmində qiymətləndirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar