Azərbaycanın dərman biznesində 500 milyonluq fırıldaq- ARAŞDIRMA

Azərbaycanın dərman bazarı 97% idxaldan asılıdır. Pərakəndə qiymətlər isə qonşu ölkələrdəkindən çox bahadır. Bunu yerli və xarici mənbələr də göstərir.

“Pharmexpert” (Rusiya) Tibbi Araşdırmalar Mərkəzinin monitorinqinə əsasən, 2013-cü ildə Azərbaycanda əczaçılıq məhsullarının pərakəndə satış həcmi 731 milyon dollar olub və bu, əvvəlki ildən 18% çoxdur. Həmin mənbəyə əsasən, 2011-2013-cü illərdə əczaçılıq bazarında artım 45% təşkil edib.

Amma gömrükdə bəyan edilən dərman həcmi 243 milyon dollar olub. Yerli KİV-ə görə, təkcə bir şirkət (“AvroMed” MMC) 2011-ci ildə 211,7 milyon manatlıq dərman satıb.

Dövlətstatkomun 2011-ci ildə əhalinin səhiyyə xərcləri barədə məlumatına görə (adambaşına ayda 6,8 manat) əhali bu ehtiyacına 750 mln manat və ya 900 milyon dollar xərcləyib. Həmin mənbəyə görə, 2012-ci ildə adambaşına səhiyyə xərcləri 35% artıb. Demək, dəman alınması xərcləri də artıb.

Turan Dövlət Satınalmalar Agentliyinin məlumatları əsasında hesablayıb ki, 2013-cü ildə dövlət büdcəsindən dərman alınmasına 120 milyon manat xərclənib, bu il bu məbləğ 130 milyon manat olacaq. Beləliklə, nominal qiymətlə dərman idxalının 60%-i 2013-cü ildə dövlət müəssisələrinin payına düşüb. Onkologiya mərkəzi 2013-cü ildə dərmanlara 20,5 milyon manat xərcləyib. Xəstələr isə gileylənir ki, bu qurumda pulsuz dərman yoxdur.

Qeyd edək ki, 2007-ci ildə dövlət büdcəsindən bu məqsədlə 46 milyon manat (sarğı materialları və rentgen plyonkalarına 8 milyon manat) ayrılıb. 2008-ci ildə bu göstərici 95 milyon manat olub. Bunun 86,8 milyon manatı dərman alınmasına xərclənib. 2009-cu ildən SDA konkret növlər üzrə informasiya vermir.

İmkan olsa da, Azərbaycanda dərman preparatları istehsalı qaydaya salınmayıb. Yalnız bir özəlləşdirilmiş müəssisə var. 2013-cü ildə o, 2,6 milyon manatlıq (+12,8%) dərman buraxıb.  Halbuki Gürcüstanda dərman bazarının həcmi 230 milyon dollardır və 14%-i yerli istehsal təmin edir.

Azərbaycanda əczaçılıq fəaliyyətinə Səhiyyə Nazirliyinin Dərman Preparatlarının Analitik Ekspertiza Mərkəzi lizenziya verir. Ötən il yanvarın 1-i üçün 876 sahibkarlıq subyektinin lisenziyası olub. Bunun 521-i Bakıdadır. Səhiyyə Nazirliyinin Apteklər İdarəsinin yanında 900-dən çox aptek var.Bu bazarda inhisarçılıq var və o, bir neçə şirkət arasında bölünüb. Burda son sözü “AvroMed” “Riyad-Pharm” “Azeri Med”, “Certus Pharma” “Farm Qrup” və “Paşa-Ko” deyir. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin məlumatına görə, bu və digər şirkətlər 233 xarici istehsalçının distribütorudur.

Beynəlxalq tədqiqatlara əssən, apteklərdə satılan dərmanların 75%-i reseptlə satılır. Bu göstəricidə Azərbaycan postsovet məkanında liderdir. Ermənistan və Gürcüstanda dərmanların üçdə biri reseptsiz buraxılır. Rusiyada bu göstərici 50%-dir.

Azərbaycan Gürcüstan və MDB-də ucuz dərman satılan ölkələr arasında autsayderdir. Dərmanların 9%-i 2 dollardan ucuzdur. 23% isə 20-200 dollardır. Gürcüstanda bu göstərici 14% və 10,6%-dir.

www.bakumedinfo.com-un məlumatına görə, istehlakçıların ucuz dərman tapmaq problemi var. "Farm-depo" ucuz dərman qəbul etmir. Saytın məlumatına görə, "Drotaverin" həyati vacib dərmandır və ucuzdur. Əgər topdançı "No-şpa"nı 2 manata alıb 10% əlavə edirsə, hər dərmandan 20 qəpik qazanır. "Drotaverin"i 50 qəpiyə alıb 10% artıranda ona 5 qəpik qalır. Apteklər ucuz dərman almağa hazırdır, amma əczaçılıq şirkətləri qazanc az olduğu üçün onlarla məşğul olmur.

Bir dəfə xaricdə olmuş hər kəs bilir ki, Azərbaycanda dərman bahalığı üzündən sağlam olmaq çətindir. Ona görə boz idxalla yanaşı “məkik” dərman idxalı da var.

2002-2013-cü illərdə dərman idxalı həcmi: (Gömrük Komitəsinin məlumatı)

 

Il  $ min
2002 22419.3
2003 31408.1
2004 27600.4
2005 31947.4
2006 48287.4
2007 91270.5
2008 108075.3
2009 142176.8
2010 152131.7
2011 243031.0
2012 241735.3
2013 250048.6

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar