NATO Rusiyaya qlobal zərbələr endirməyi planlaşdırır

NATO  böyük səylə Şərqi Avropadakı keçmiş sovet hərbi bazalarına öz qoşunlarını yerləşdirir. ANS PRESS-in məlumatına görə, son vaxtlar alyansın hərbi qulluqçularının sayı 19 dəfə artıb. Federasiya Şurası NATO-nun bununlaRusiyaya zərbələr endirməyə hazırlaşdığını istisna etmir.

"Onların qlobal zərbələr konsepsiyası çərçivəsində çox ciddi planları var. NATO Baltikyanı ölkələrdə, Polşa, Rumıniyadakı bizim keçmiş sovet bazalarını ayağa qaldırır, orada hərbi qüvvələr yerləşdirir. Onlar vəziyyəti gərginləşdirmək və Rusiyanı təcavüzkar ölkə kimi göstərmək üçün fəaalaşıblar",- deyə Federasiya Şurasının senatoru Frants Klintseviç bildirib.

Frants Klintseviç-Sovet Federasiyası senatoru

Frants Klintseviç-Sovet Federasiyası senatoru

O, həmçinin qeyd edib ki, Şimali Atlantika alyansının Rusiya sərhədlərində aktivliyi artmaqda davam edir.

"Biz NATO-nun hərbi fəallığını nəzərə alaraq öz döyüş vasitələrimizi gücləndirəcəyik. Əlbəttə ki, bu ilk növbədə raketə əleyhinə müdafi sistemi olan ölkələri təhlükə altında qoyur. Biz bunu gizlətmirik",- deyə senator vurğulayıb.

Bir sözlə, Moskva hələ ki, NATO-nun hərbi aktivliyindən narahat deyil. Senatorun fikrincə, onlar öz hərəkətləri ilə ancaq "vəziyyəti gərginləşdirmək" istəyirlər.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, NATO-nun Şərqi Avropada raketdən müdafiəsini genişləndirməsindən sonra Rusiya böyük təhlükənin mövcudluğu haqqında düşünməlidir.

"Biz amerlikalı həmkarlarımıza birgə əməkdaşlıq təklifləri etsək də, rədd edilib",- deyə Putin vurğulayıb.

Həmçinin NATO və Rusiya arasında silahlanma rəqabəti gedir. Bir müddət əvvəl Rusiya Kalininqrad vilayətində hərbi qüvvələrini artırıb, orada “İsgəndər-M” operativ-taktiki raketləri və S-400 zenit-raket kompleksləri yerləşdirib.

Ötən ay NATO-nun müttəfiq qüvvələri baş komandiri, general Kurtis Skaparrotti Rusiyaya müharibə xəbərdarlığı edib. O demişdi ki, Rusiya təcavüzkar siyasətini davam etdirəcəyi təqdirdə NATO bu ölkəyə qarşı müharibə elan edəcək.

Skaparrottinin sözlərinə görə, Rusiya bütün beynəlxalq normalara meydan oxuyaraq təcavüzkar siyasətini davam etdirir. Elə bu səbəbdən NATO Rusiya ilə hərbi əməkdaşlıqdan imtina edib.

Həmçinin NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav aprelin əvvəlində mətbuata açıqlamasında deyib ki, Putin sərhədi keçərsə, qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar